Jun 06 2019 18:28
Views: 628

Bu günlərdə start verilən “Şəhərdən kəndə” layihəsi kınd turizminin inkişafını nəzərdə tutur. Məqsəd kəndlərin inkişafını şəhər əhalisi, turistlər üçün təqdim etmək, kənd məhsullarının istehsal prosesi, kənddə həyat şəraiti ilə onları tanış etməkdən ibarətdir. Azərbaycanın bunun üçün kifayət qədər potensialı var. 
Yayda dünyanın hər yerində, o cümlədən Azərbaycanda da  şəhər əhalisi kəndlərə üz tutur. İnsanlar kənd evlərində yaşayıb istirahət etmək, şəhər mühitindən uzaqlaşmaq, təmiz dağ havası udmaq, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmaq istəyirlər. Bu istək isə kənd turizminin inkişafına stimul yaradır. Azərbaycanda turizmin bu növünün inkişafı üçün hər cür şərait var.  
İndi dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir. Bu baxımdan, Azərbaycan əla bir seçim ola bilər. Kənd turizminin inkişaf etdirilməsi təkcə xarici yox, elə daxili turistlər üçün də lazımlıdır. 
Kənd turizminin inkişafı kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması deməkdir. Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar olacaq və bu məbləğin 20 faizə qədəri kənd turizminin payına düşəcək. 

 


Create Account



Log In Your Account