Mar 01 2019 18:11
Views: 374

“Kənddən Şəhərə” markası adı altında brendləşdirilmiş məhsulları artıq internet vasitəsilə almaq mümkün olacaq. Bu imkan eyniadlı onlayn satış platforması və mobil əlavə sayəsində yaradılır. Təqdimat mərasimində bildirilib ki, layihə əhalinin keyfiyyətli və sağlam ərzaqla təmin edilməsinə xidmət edir.

Layihə çərçivəsində indiyədək 4 məhsul qablaşdırılıb. Onların qiyməti sərfəlidir, keyfiyyəti isə qida təhlükəsizliyi standartlarına uyğundur. Bu məhsulları martın 2-dən Novruz bayramı ilə əlaqədar Bakıda təşkil ediləcək yarmarkalardan da almaq mümkündür.

May ayından istifadəyə veriləcək mobil tətbiq vasitəsilə məhsulların internetlə də satışı həyata keçiriləcək. 

 


Create Account



Log In Your Account