Jul 12 2019 17:45
Views: 323

Kənddən şəhərə şatiş mərkəzinin Əhmədli filialı istifadəyə verilib. Mağaza Məhəmməd Hadi küçəsi-də yerləşir. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Kənddən Şəhərə” layihəsinin məqdəsinin vətəndaşların ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını daha rahat və ucuz əldə etmək imkanlarını genişləndirmək olduğunu deyib.  ilin sonuna qədər paytaxtın daha bir neçə nöqtəsində yeni satış mərkəzləri açılması planlaşdırılır. Ki bu da paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bu da süni qiymət artımının qarşısını almaq üçün atılan addımlardan biridir. Bundan başqa fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlarımız həm “Kənddən Şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.


Create Account



Log In Your Account