Dec 05 2019 20:31
Views: 146

Turizm sahəsi üzrə könüllülər artıq bir hərəkatda fəaliyyət göstərəcəklər. Onları bir araya yeni yaradılan “Turizm Könüllüləri” təşkilatı gətirib. Təşkilatın əsas məqsədi ictimai formada turistlərə yardım etmək, turizm sahəsində könüllülərin işini beynəlxalq səviyyədə qurmaqdır. Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovun sözlərinə görə, Azərbaycan könüllülük siyasətinin həyata keçirilməsi, könüllülük fəaliyyətinin dəstəklənməsi ilə bağlı dünyada nümunəvi ölkələrdən biridir. Gənc könüllülər Dövlət Turizm Agentliyinin və tabeliyində olan qurumların həyata keçirdiyi fəaliyyətlərə, eləcə də təcrübə proqramlarına, təlimlərə cəlb ediləcəklər. Onlar inanırlar ki, əldə edəcəkləri biliklər gələcəkdə peşəkar kadr kimi yetişmələrində mühüm rol oynayacaq. “Turizm Könüllüləri” təşkilatına direktor seçilən Hüseyn Məmmədov qarşıdakı işlərdən danışıb. Bildirib ki, müxtəlif beynəlxalq proqramlara qoşulmaq da əsas hədəflərdəndir. Konfrans Gənclər Fondu və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Həftəsi” çərçivində baş tutub.


Create Account



Log In Your Account