Nov 20 2018 18:26
Views: 481

Cəmi 6 gün ərzində 12 min insan Formula-1 Azərbyacan Qran-prisində iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, onlardan yalnız dörddə bir hissəsi yarışlarda iştirak etmək imkanı qazanacaq. Bu gündən müsahibə prosesi başlayıb.  Müsahibənin nəticələrinə uyğun olaraq namizədlər müəyyən ediləcək.

Seçim turunda əsas meyarlar komandada işləmək bacarığı, liderlik xüsusiyyətləri, intellekt və dil biliyi, motivasiya, eləcə də mənəvi və peşəkar inkişafdır.

Formula-1 könüllü kimi mütaciət edən gənc insanlara “öz işini necə qurmaq” və “karyeraya necə başlamaq” kimi seminarlar keçiriləcək. Özlərini yaxşı tərəfdən göstərən könüllülər Baku City Circuit Komitəsində işlə təmin olunmaq şansı qazanırlar. Gələn ildən könüllülər üçün ilk treninq keçiriləcək. Treninqlər yanvarın 26-dan aprelin 28-ə kimi davam edəcək.


Create Account



Log In Your Account