Jul 09 2019 18:13
Views: 158

Şəki şəhərinin tarixi mərkəzinin və Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq mədəni diplomatik siyasətinin uğurudur.  Millət vəkilləri hesab edirlər ki, Bu tarixi hadisə Azərbaycanın yeni coğrafiyada tanınması, daha geniş planda tanınmasında rol oynamaqla yanaşı, həm də Azərbaycan xalqının dünya mədəni irsinə bir töhfəsidir.
Bu bir daha sübut edir ki, Azərbaycan nəinki mədəni-tarixi abidələrinin, obyektlərin qorunmasına diqqət və qayğı ilə yanaşır,  həm də bu memarlıq incilərinin dünyanın maddi mədəni sərvətləri sırasına daxil olmasına önəm verir. Eyni zamanda Şəkinin inkişafı və tarixinin qorunması, şəhərə turist axınının cəlb olunması baxımından da önəm daşıyır.  Şəkidən olan millət vəkili Əli Məsimli deyir ki, restavrasiya işləri xüsusi həssaslıqla aparılmalıdır.
Ekspertlər qeyd edir ki, Şəki bir sıra möhtəşəm tədbirlərin ev sahibi kimi artıq özünü sübut edib və UNESCO-nun qərarı Şəkinin timsalında Azərbaycanın tanınması, turizm üçün mühüm əhəmiyyət kəsb edəcək.

 


Create Account



Log In Your Account