Mar 19 2019 15:19
Views: 331

Şəki şəhərində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər uğurla yekunlaşıb. Bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov məlumat verib. Tədbirdə qeyd olunub ki, layihəsi çərçivəsində Şəkidə 79 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması nəzərdə tutulur. Əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün ötən müddətdə Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün yeni su mənbəyinin yaradılmasına hazırlıq görülür.

Ümumilikdə Şəki şəhərində  22 min kubmetr tutumu olan 21 su anbarı, 314 km içməli su və 294 km tullantı su şəbəkələri tikiləcək. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.


Create Account



Log In Your Account