Feb 08 2019 18:17
Views: 532

 “Görüş yerini dəyişmək olmaz”da Qruzdev, “O qadını axtarın”da metr Roşe, “Məhəbbət və göyərçinlər”də Mitya dayı... Bu unudulmaz və kaloritli obrazları yaradan məşhur rus aktyoru Sergey Yurski dünyasını dəyişib. Hərtərəfli istedad sahibi olan Sergey Yurski gənc yaşından başlayaraq kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. O, kinoda olduğu kimi teatrda da uğurlu rolları ifa edib. Eyni zamanda yazıçılıq, rejissor işi, səsləndirmə ilə məşğul olub. Sergey Yurski Azərbaycanda da filmlərə çəkilib və seviml obrazlar yaradıb. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu gün də sevilə-sevilə izlənilir. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını ifa edib.

“Dərviş Parisi partladır” kinokomediyası Azərbacyan yaxıçısı Mirzə Fətəli Axundzadənin “Müsjö Jordan və Dərviş Məstəli şah” pyesiəsasında çəkilib. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də çox məharətlə personajın nitqini səsləndirib. Nəticədə Müsjö Jordan obrazı çox təbii və kaloritli alınıb. Dahi aktyorun yaratdığı obrazla mədəniyyət tarixində və tamaşaçıların rəyində əbədi xatirəsi qalacaq.


Create Account



Log In Your Account