May 23 2019 17:29
Views: 234

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında deyib. Bu, Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında hazırlanmış qaydalara əsasən nəzərdə tutulub.

Yaqub Piriyev bildirib ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Xarici ölkələrin təhsil müəssisələrinin və fəaliyyətini dayandırmış ali məktəblərin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsi orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında həll ediləcək. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə nazirlik tərəfindən baxılacaq. 2012-ci ildən sonra Kolleci bitirənlər də ali məktəbə imtahansız qəbul olunacaqlar. Nazirlik rəsmisi bu qaydaların 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcəyini söyləyib.


Create Account



Log In Your Account