Aug 05 2019 17:30
Views: 195

“Azərbaycanda iqtisadi mübahisələr üzrə ixtisaslaşan kommersiya məhkəmələrinin yaradılması istiqamətində işlərə başlanılıb”. Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparat rəhbərinin müavini Seymur Səfərov CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, artıq inzibati-iqtisadi məhkəmələr ləğv edilir. Onların bazası əsasında inzibati və kommersiya məhkəmələri yaradılır.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar sahibkarlığın inkişafına xidmət edir. Kommersiya məhkəmələrinin yaradılması məhkəmə-hüquq sistemindəki islahatların yeni mərhələsidir. Artıq iqtisadi məsələlərə bu məhkəmələrdə baxılacaq. Belə məhkəmələr biznes mühitinin yaxşılaşdırılması üçün də önəmlidir.
Xatırladaq ki, Prezidentin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə əlaqədar “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliklə kommersiya məhkəmələrinin yaradılması, iş mexanizmi müəyyənləşib. Bu məhkəmələr birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq. Məhkəmə sədr və hakimlərdən ibarət olacaq. Hakimlərin sayını Məhkəmə-Hüquq Şurası müəyyənləşdirəcək.


Create Account



Log In Your Account