Apr 22 2019 18:33
Views: 536

Bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılıb. Vəsaitlər prezidentin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun ödənilir. Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Banklar Assosiasiyasının eksperti Mikayıl Məmmədov deyir ki, mobil telefonuna SMS gələn hər bir şəxs göstərilən ünvana yaxınlaşıb kompensasiyanı əldə edə bilər.

Kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar bu gün səhər saatlarından etibarən “Azərpoçt”un ölkə üzrə şöbələrinə müraciət edirlər. Yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri öz vəsaitlərini buradan əldə edə bilərlər.

“Azərpoçt”un icra etdiyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. Qurumun Bakı ərazisində yerləşən şöbələrində 9 mindən çox vətəndaşa, bölgələrdə isə 35 minə yaxın vətəndaşa kompensasiya kartlar vasitəsilə ödəniləcək. Burada problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.

 


Create Account



Log In Your Account