Apr 22 2019 14:47
Views: 361

Bu gündən Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Vəsaitlər prezidentin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun ödənilir. Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Prosesin gedişi haqqında CBC-nin Xəbərlər buraxılışının qonağı, Banklar Assosiasiyasının eksperti Mikayıl Məmmədov bizə məlumat verib.

Onun sözlərinə görə, fərmanın əhatə dairəsinə 602 347 min müştəri daxildir. Kompensasiyanın ödənişi “Azərpoçt” və banklar vasitəsilə həyata keçiriləcək. Bank olmayan kredit təşkilatları və ləğvetmə prosesində olan bankların müştəriləri ödənişləri “Azərpoçt” vasitəsilə əldə edəcəklər. Bankların isə müştəriləri öz xidmət aldıqları kredit təşkilatına müraciət edərək, kompensasiyanı əldə edə bilərlər.


Create Account



Log In Your Account