Apr 26 2019 18:44
Views: 1130

Aprelin 22-dən başlanan dollar kreditləri üzrə kompensasiyaların  ödənilməsi prosesi ölkədə fəaliyyət göstərən bank və poçt məntəqələrində davam edir. Prosedura əsasən kompensasiya alacaq vətəndaşlar müştərisi olduğu bankdan SMS məlumat aldıqdan sonra bank filialına yönləndirilir. Sənədlərə yerində baxış keçirildikdən sonra  müştəriyə təyin olmuş məbləğin ödənişi həyata keçirilir.

Ümumilikdə 600 mindən yuxarı fiziki şəxsə kompensasiya ödənilməsi nəzərdə tutulub. 400 min vətəndaşa isə restrukturizasiya tətbiq olunacağı bildirilir.

Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri prosedura uyğun olaraq alacaqları vəsaiti “Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən əldə edəcəklər.  Kompensasiyalar qurumun Bakı ərazisində yerləşən şöbələrində 9 mindən çox vətəndaşa, bölgələrdə isə 35 minə yaxın vətəndaşa kartlar vasitəsilə ödəniləcək.  “Azərpoçt”  MMC-dən verilən məlumata  əsəsasən  artıq  4 gün ərzində 35.870 nəfər  vətənda öz  kompensasiyalarını əldə edib.

“Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minədək vətəndaşa şamil olunacaq. 45 minədək vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minədək vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.

 


Create Account



Log In Your Account