May 15 2019 13:48
Views: 449

Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub.Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının metodologiya və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu, prosesinin əvvəlcədən nəzərdə tutulduğu kimi mayın sonuna yekunlaşacağını deməyə əsas verir.

Orxan İsmayılov bildirib ki, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsinə start verilib. Bundan sonra, vətəndaşlar apelyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən prosesi izləyə bilərlər.

Xatırladaq ki, aprelin 22-dən ölkədə fiziki şəxslərin xarici valyutada olan və devalvasiya nəticəsində artan kreditləri ilə bağlı kompensasiya ödənişinə başlanıb. Ödənişlər banklarda və Azərpoçtun şöbələrində həyata keçirilir. Bank olmayan kredit təşkilatları və bağlanmış bankların müştəriləri ödənişlərini Azərpoçt vasitəsilə əldə edirlər. ümumilikdə 600 mindən çox insanın kompenasiya alması nəzərdə tutulur.


Create Account



Log In Your Account