May 30 2019 17:04
Views: 414

Xəzər Neft və Qaz Konfransı çərçivəsində müxtəlif mövzularda panel müzakirələri də keçirilir. “İnsan resursları üzrə liderlər paneli: rəqəmsal erada kadrların inkişaf strategiyası” adlı müzakirədə çıxış edən SOCAR-ın Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə kadr hazırlığı barədə məlumat verib.

Bildirib ki, SOCAR insan resursları sahəsində dünyanın qabaqcıl təcrübəsindən istifadə edir. Əməkdaşların ixtisasının artırılması üçün müxtəlif təlimlər, hazırlıq kursları təşkil edilir. Onun sözlərinə görə, neft-qaz hasilatında texnologiyaların geniş tətbiqi şirkətlərə yeni rəqəmsal platformalara çıxış imkanı verir. Bu isə öz növbəsində şirkətlərə yeni imkanlar yaradır.


Create Account



Log In Your Account