Nov 15 2019 15:11
Views: 62

Kristal sarayı MDB üçün 100 ideya Beynelxalq musabiqəsinin finalına ve buna həsr olunmuş sərginin acilişına ev sahibliyi edib. Müsabiqə Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası ilə bərabər keçirlir. Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan gənclər öz yeniliklərini bu müsabiqəyə təqdim edib.

Sərgiyə gələn izləyicilər müxtəlif yönlü ideyalarla tanış olmaq imkanı qazanıb. Sərgidə məşhur elm adamları və mütəfəkkirlərin qiyafəsində olan tamaşaçılar hər kəsin diqqətini çəkirdi. Məşhur alim Enşteynin diqqətini isə görmə qabiliyyəti zəif insanlar üçün xüsusi olaraq hazırlanan bu qurğu cəlb etdi. Əsanın üzərinə bərkidilən qurğu, səs siqnalı vasitəsi ilə sahibinə qarşıda hər hansı əşyanın və ya insanın olmasını xəbər verir. qurğunun işləmə radiusu 2 metrə qədərdir. Bizim diqqətimizi isə Aral dənizinin problemlərinə  həsr olunan bu stend çəkdi.

Gənclərin təqdim etdiyi layihələr müxtəlifliyi ilə göz oxşayırdı. Kimisi uşaqlar üçün elektrik şəbəkəsi və cihazlarda olar-olmazları izah edən proqramla, kimisi impulsla idarə olunan əl protezləri ilə, kimisi də böyük istehsalatda lazım olan sistemlərlə müsabiqədə iddiasını ortaya qoymuşdu.

Müsabiqə bu gün yekunlaşır. Müsabiqənin əsas məqsədi MDB ölkələrinin elmə meylli gəncləri arasında elmin populyarlaşdırılması, bununla yanaşı yeni ünsiyyət platformasının yaradılmasıdır. Növbəti illərdə bu müsabiqəyə digər MDB ölkələri ev sahibliyi edəcək.


Create Account



Log In Your Account