Oct 16 2019 19:55
Views: 211

Koreya da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi üzv qismində qoşulmaq istəyir. Bunu Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib. Bildirib ki, ölkəsi bunda çox maraqlıdır.
Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qiymətləndirib. Bildirib ki, Koreya Respublikası Milli Assambleyasının sədrinin Azərbaycana səfəri zamanı bu məsələnin müzakirəsi məqsədəuyğun olar.
Görüş zamanı Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Azərbaycan isə Koreyaya yarım milyard dollara yaxın sərmayə qoyub. Azərbaycan Dövlət Neft Fondu Koreyada daşınmaz əmlaka sərmayə yatırıb. Dövlət başçısı qeyd edib ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Ölkəmiz Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edir. Söhbət zamanı parlamentlərarası əlaqələrin önəmi də qeyd olunub.


Create Account



Log In Your Account