Sep 25 2019 18:08
Views: 468

Bu gün Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər. Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimov mərkəzin quruluşu, fəaliyyəti haqqında dövlət başçısına ətraflı məlumat verib.

Qeyd edilib ki, gün ərzində Bakı şəhəri üzrə 2 milyon 300 min sərnişin daşınır. Bu nəqliyyat mərkəzindən isə gündə 270 min sərnişin istifadə edəcək.

Bu infrastruktur  Bakıətrfı qəsəbələrdən şəhərə və əksinə gedən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Ümumilikdə mərkəzdə Bakı ətrafındakı kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430 avtobus xidmət göstərəcək.


Create Account



Log In Your Account