Feb 04 2020 19:29
Views: 192

Çində koronavirusun geniş yayılması dünya neft bazarında qeyri-sabitliyə səbəb olub. Dünyanın əsas neft istehlakçısı olan Çində koronavirus epidemiyasından sonra çox sayda müəssisə, zavod və fabrik işini dayandırıb. Nəticədə neftə olan gündəlik tələbat 20% və ya 3 milyon barel azalıb. Bu vəziyyət neftin qiymətinin 5 dollardan çox enməsinə səbəb olub. "Brent" markalı neftin qiyməti koronavirusun ilk dəfə ortaya çıxdığı yanvarın 20-dən bəri 10%-dən çox enərək 55 dollardan da aşağı düşüb. Vəziyyətdən çıxış yolu tapmaq üçün OPEC-in təcili toplantısının keçirilməsi təklif olunub. Təşkilata üzv ölkələr və tərəfdaşların təmsil olunduğu texniki komitənin fövqəladə iclasının bu həftə baş tutması mümkündür. qeyri-rəsmi məlumatlara görə, OPEC+ çərçivəsində razılaşmaya qoşulan ölkələr koronavirusla əlaqədar yaranan vəziyyətə görə gündəlik hasilatı daha 500 min barel azalda bilər. Ekspertlər hesab edir, Azərbaycan dünyada neftin qiymətinin sabitləşməsinə dəstək verən ölkələrdən biri kimi OPEC+ çərçivəsində mümkün razılaşmalara da qoşulacaq. Xatırladaq ki, ən son razılaşmaya əsasən Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmindən yuxarı qaldırmamaq öhdəliyi götürüb.


Create Account



Log In Your Account