Jun 02 2020 18:20
Views: 330

Milli hematologiya və Transfuziologiya Mərkəzində koronavirusdan sağalmış insanların inmmuno plazmasının ağır koronavirus xəstələrinə köçürülməsi uğurla həyata keçirilir. Bunu millət vəkili, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov deyib. Bildirib ki, bu üsul müalicədə müsbət nəticələr verir. Soltan Məmmədov koronavirusa qalib gəlmiş insanlara müraciət edib.

Soltan Məmmədov həmçinin səhiyyə sisteminin yalnız koronaviruslu xəstələrin müalicəsinə köklənmədiyini, digər sağlamlıq problemi olan insanların da xidmətlərdən rahatlıqla istifadə etdiyini qeyd edib. Bildirib ki, təcili və təxirəsalınmaz tibb xidmətləri bütün insanlar üçün əlçatandır.

Millət vəkili deyib ki, insanların təcili və təxirəsalınmaz tibb xidmətlərlə təminatı üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətini davam etdirirlər.


Create Account



Log In Your Account