Jun 17 2019 18:42
Views: 274

Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu sessiyasında tanınmış şəxslər də iştirak edir. Onlardan biri də ikiqat olimpiya çempionu, siyasi və ictimai xadim, BMT-nin Arktika və Antarktika üzrə xoşməramlı səfiri Vyaçeslav Fetisovdur. O, iştirak etdiyi tədbir və Bakı ilə bağlı təəssüratlarını CBC-yə müsahibəsində bölüşüb.

Vyaçeslav Fetisovun səfərinin əsas məqsədlərindən biri Azərbaycanda “Son oyun” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparmaqdır.

Vyaçeslav Fetisov CBC kanalına müsahibəsində qeyd edib ki, idman bir çox məsələlərin həllində mühüm vasitədir.

Vyaçeslav Fetisovun daha geniş müsahibəsinə bu axşam CBC-nin efirində, saat 20:20-də  «Специальный Выпуск» verilişində baxa bilərsiniz.


Create Account



Log In Your Account