Jun 13 2019 15:33
Views: 450

Böyük Britaniyanın məşhur hərbi orkestri Bakıda konsert proqramları ilə çıxış edir. Böyük Britaniya və Şimali İrlandiya Kral ordusunun “The Salamanca Band & Bugles of The Rifles” (ze salamanka bənd and baqls of ze riflz) orkestri Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestri ilə birlikdə çıxış edib. Dənizkənarı milli parkda təşkil olunan konsertdə hərbi orkestrlər Azərbaycan və Britaniyanın məşhur musiqilərini səsləndiriblər. Azərbaycan musiqiçiləri ingilis bəstələrini, ingilis hərbi orkestri isə Azərbyacanın məşhur mahnılarını ifa edib. Britaniya Kral ordusunun hərbi orkestri ilk dəfə olaraq Azərbaycan xalq mahnısı “Sarı gəlin”i özünəməxsus şəkildə təqdim edib.

Bu gün isə “Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri Fəvvarələr meydanında çıxış edəcək.  Konsert saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında baş tutacaq. Bu dəfə britaniyalı musiqçilər Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri ilə birlikdə çıxış edəcəklər.Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.


Create Account



Log In Your Account