Mar 01 2019 18:16
Views: 2183

Vətəndaşların problemli kreditilərinin qaytarılmasında güzəştlər nəzərdə tutan fərmanın icrasına artıq başlanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditləri olan şəxslərin siyahısını dəqiqləşdirməyə başlayıb. Bu haqda palatanın nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov CBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, fərmanda borc alan vətəndaşlar iki hissəyə bölünür.  

Artıq borlcarını ödəyib qurtaran, intizamlı vətəndaşlar da var ki, onlara da məzənnə fərqi ilə artıq ödədiyi vəsaitlər geri qaytarılacaq. Bankın tətbiq etdiyi cərimələr və dəbbə pulları silinəcək. Banka ödəniş çeklərini itirən şəxslərin də narahatlığına ehtyac yoxdur. Çünki banklar özləri bu vətəndaşları tapıb dəvət edəcəklər.

Manatla krediti olanlar üçün də şad xəbər var. əgər əvvəldən manatla kredit alan və sonra onu ödəməkdə çətinlik çəkən vətəndaşlar varsa, onlara da borcun restrukturizasiyası təklif olunacaq. Bu, 17 min manatdan aşağı borcu olan vətəndaşlara aiddir.

İki həftə ərzində banklar vətəndaşlara ödəniləcək vəsaitin məbləğini dəqiqləşdirəcək. Sonradan banklar özləri bu barədə müştəriyə məlumat verəcəklər. Vətəndaşlara ödəniləcək vəsait nağdsız formada onların bank hesablarına ödəniləcək. Digər borclulara təqdim edilən güzəştlərlə bağlı mexanizm 15 gün ərzində hazırlanacaq. Fərmanın icrası 3 ay içində həyata keçiriləcək


Create Account



Log In Your Account