Mar 04 2019 18:16
Views: 470

Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq. Barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında da problemli kreditlərlə bağlı xüsusi bölmə yaradılıb. Ölkə prezidentinin fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin hesablanması üçün Palatanın internet səhifəsində elektron kalkulyator istifadəyə verilib. Hər bir vətəndaş müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər.

Kalkulyator “21 fevral 2015-ci il tarixinə qalıq məbləği  və 21 dekabr 2015-ci il tarixinə qalıq məbləğ adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur.


Create Account



Log In Your Account