Mar 30 2019 18:10
Views: 539

Körfəz ölkələrindən Azərbaycana  turist axınını artırmaq üçün bu regiondan olan iki yeni avia şirkət  yaxın günlərdə Azərbaycana uçuşlar həyata keçirəcək . Bunu  Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə CBC-yə müsahibəsində deyib. O, Körfəz bazarının  Azərbaycan turizmi üçün çox vacib olduğunu bildirib. Kənan Quluzadənin sözlərinə görə ötən ildən Azərbaycan  dünya  turizm bazarına yeni konsepsiya ilə çıxır. Artıq təkcə Körfəz, deyil digər ölkələrin də Azərbaycana marağını artırmaq üçün bir sıra layihələr həyata keçirilir. Məqsəd 2023-cü ilə qədər ölkəyə gələn turistlərin sayını 2 dəfə artırmağa nail olmaqdır.

Turistlərin Azərbaycana marağını artırımaq üçün həm daxildə həm də xaricdə marketinq işləri  aparılır. Bununla yanaşı kadr potensialının gücləndirilməsi  və peşəkarlığın artırılması, infrastruktur layihələri  həyata keçirilir. İndi Səudiyyə Ərəbistanında ənənəvi turizm sərgisinin keçirilir  və  həmin sərgidə Dövlət Turizm Agenltiyinin təşkilatçılığı ilə Azərbaycanın 10 turizim şirkəti  və otel rəhbərləri  iştirak edir. Sərgidə Azərbaycan qızıl sponsordur .

Xatırladaq ki ötən ilin statistikasına əsasən 2018-ci  ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 850 min turist gəlib. Gələnlər sırasında əsasən  Rusiya,Gürcüstan, Türkiyə, İran və Körfəz ölkələrindən olan turistlər üstünlük təşkil edib. Ümumilkdə gələn turistlərin  2 milyard dollara yaxın pul xərclədikləri  bildirilir.


Create Account



Log In Your Account