Sep 24 2019 19:23
Views: 280

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. Yığım kombaynlar vasitəsilə həyata keçirilir. Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsində iştirak edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu il ötən illərdən fərqli olaraq, fermerlərin pambıq əkini üçün daha məhsuldar sahələr seçdiyini deyib. Nazir qeyd edib ki, yığımın 90 faizinin kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur. İnam Kərimov pambıqçılıqla məşğul olan fermerlərin tədarük və subsidiya problemlərinin həll olunduğunu da deyib.

Fermerlər də yüksək məhsuldarlıq gözlədiklərini deyirlər. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib ki, nazirlik 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq edib. Gələcəkdə məhsuldarlığın artırılaraq hər hektarından 90 sentnerə çatdırılması proqnozlaşdırılır. Bunun üçün bölgələrdə 3 müxtəlif texnologiya ilə pambıq əkini həyata keçirilir.

Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Bu da yığımı daha sürətlə həyata keçirməyə imkan verəcək.

 

 


Create Account



Log In Your Account