Feb 08 2019 15:38
Views: 414

Rəsmi Yerevan hələ də Stanislav Zasın Ermənistan baş naziri ilə görüşlə bağlı müraciətinə cavab verməyib. “Mən uyğun bir zamanda erməni tərəfi ilə görüş üçün müraciət etmişəm, lakin hələlik cavab almamışam.” Stanislav Zas belə deyib. Rusiyalı ekspertlər hesab edir ki, Ermənistanın bu mövqeyi tamamilə əsassızdır və mövcud siyasi reallıqlarla uzlaşmır.

Rusiyalı ekspertlər deyirlər ki, bu əslində diplomatik etiket qaydalarının da pozulması deməkdir,. Ermənistanın bu mövqeyi ölkəni gələcəkdə daha çətin duruma sala bilər. Yerevan Belarusun namizədini təsdiqləməyəcəyi halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv digər ölkələr bu barədə Ermənistansız qərar qəbul edə bilər. Stanislav Zas bildirib ki, qurumun nizamnaməsində məhdud tərkiblə qərarvermə nəzərdə tutulur. Ekspertlər də prosesin buna doğru getdiyini düşünürlər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandan olan baş katibi Yuri xaçaturov ötən il vəzifəsindən geri çağrılıb. 2008-ci ilin mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunan erməni general barəsində cinayət işi açılıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olan ölkələr yeni Baş katib vəzifəsinə Belarusun namizədinə razılıqlarını bildiriblər. Ermənistan isə 2020-ci ilə qədər öz namizədinin Baş katib vəzifəsinə təsdiq olunmasına çalışır.


Create Account



Log In Your Account