Jan 09 2019 17:50
Views: 417

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna namizəd Stanislav Zasla görüşmək niyyətində olmadığını dilə gətirib. Ermənistandan başqa bütün üzv dövlətlər Zasın baş katib postuna namizədliyini dəstəkləyir. Belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanskinin sözlərinə görə, Nikol Paşinyanın bu mövqeyi təşkilatın qalan üzvləri üçün o qədər də əhəmiyyət kəsb etmir.

Politoloq Arzu Nağıyevin sözlərinə görə, Ermənistan öz davranışı ilə təşkilatın imicinə böyük zərbə vurur. Onun fikrincə, Paşinyanın Stanislav Zasla görüşməkdən imtinasının səbəblərindən biri onun baş nazir postunu hələ ki müvəqqəti icra etməsi göstərilə bilər. Lakin Ermənistanın Belarus təmsilçisinə lap əvvəldən mənfi münasibətinin başqa səbəbləri də var.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postu Ermənistan təmsilçisi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsindən sonra boş qalıb. Bu posta Belarus təmsilçisi Stanislav Zasın namizədliyi irəli sürülüb. Belaruslu general 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Zas 2008-ci ilin avqustunda Belarus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.


Create Account



Log In Your Account