Aug 27 2018 19:02
Views: 602

Bakıda Kursk döyüşünün 75 illiyinə həsr olunmuş fotosərgi açılıb. Moskvanın Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyi ilə birgə hazırlanan sərgidə qanlı döyüşlərin birbaşa şahidlərinin əsərləri nümayiş olunub. Şəkillərdə alman qüvvələrinin Kursk çıxıntısına qarşı təşkil etdiyi hücumun görüntüləri yer alıb. Qeyd olunub ki, bu hadisə tarixə İkinci Dünya Müharibəsinin ən böyük tank vuruşmalarından biri kimi düşüb. 1943-cü ilin 5 iyulunda başlayan döyüşlər 49 gündən sonra, Sovet ordusunun qələbəsi ilə başa çatıb. Kursk döyüşü almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücum olub.
Böyük Vətən müharibəsi dövründə Sovet İttifaqının bütün sakinləri millətindən asılı olmayaraq, bu zülmə qarşı çıxırdılar. Onlar könüllü olaraq ön cəbhəyə gedir, bəziləri isə arxa cəbhədə vuruşurdular. Müharibə bu və ya digər şəkildə bütün ailələrə toxunmuşdu. Faşizm üzərində qələbədə Azərbaycan xalqının da əvəzsiz rolu olub.
İkinci Dünya Müharibəsi zamanı cəbhənin tələb etdiyi benzinin 80 faizini Bakı təmin edib. 700 mindən çox Azərbaycan vətəndaşı cəbhəyə göndərilib, onlardan demək olar ki, yarısı öz evinə qayıtmayıb. Müharibədə göstərdikləri qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onların arasında iki dəfə Sovet İttifaqı qəhrəmanı olan general-mayor Həzi Aslanov da var. 14 azərbaycanlı hərbçi “Şöhrət ordeni kavalerləri” adını alıb.


Create Account



Log In Your Account