Jun 28 2019 19:32
Views: 329

“Şəki: irsimizi yaşadan ulu diyar” - Milli Azərbaycan Tarixi Muzeyində açılan yeni sərgi belə adlanır. Sərgidə yalnız muzeyin fondlarında qorunan materiallardan ibarət eksponatlar nümayiş olunur. 350 eksponat və iki sikkə dəfinəsi ziyarətçilərin ixtiyarına verilib. Bu dəfinələrdə 474 sikkə qorunur.
Sərgidəki unikal materialların əksəriyyəti ilk dəfədir ki, nümayiş olunur. Ən unikal eskponat isə Şəki xanlığının 18-ci əsrə aid bayrağıdır. Məlumdur ki, qədim Şəki şəhərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi məsələsi illərdir müzakirə olunur. Muzey direktoru deyir ki, sərginin UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ərəfəsində təşkil edilməsi çox önəmlidir.
Sərgidə 18-ci əsrdə Şəki xanı Məmmədhüseyn xana məxsus beşik, Şəki xanlığı döyüşçüsünün geyimi və silahları, təkəlduz tikmə sənətinin nümunələri və digər eksponatlar ziyarətçilərin marağına səbəb olub.


Create Account



Log In Your Account