Jul 12 2019 17:32
Views: 203

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri İttifaqla Azərbaycan arasında əlaqələrin inkişafının göstəricisi idi”. Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərlə görüşdə deyib. Səfir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın müsbət dinamikası var. “Biz bu dinamikadan razıyıq. Biz yeni saziş üzrə danışıqların son mərhələsindəyik. Aviasiyaya dair saziş üzrə də yeni irəliləyişlərə nail olmuşuq. Cənub Qaz dəhlizi layihəsi uğurla irəliləyir”. Yankauskas belə deyib.  Səfir Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinin əlaqələrin inkişafının göstəricisi olduğunu vurğulayıb.

Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, sorğuda iştirak edənlərin 46%-nin Avropa İttifaqı ilə bağlı düşüncələri müsbətdir. Yalnız 8% faiz ittifaq  haqda mənfi fikrə sahibdir, 31% isə quruma neytral mövqedən yanaşır. Səfirin sözlərinə görə, repondentlərdən 78 faizi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin yaxşı səviyyədə olduğunu, 75 faiz isə İttifaqın dəyərlərini öz dəyərləri kimi qəbul etdiyini bildirib.   


Create Account



Log In Your Account