May 15 2019 14:40
Views: 241

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi münasibətilə Brüsseldə keçirilən başa çatıb. Tədbirdə Avropa ittifaqının Şərq tərəfdaşlığı ölkələri ilə əməkdaşlığının perspektivləri ilə bağlı müzakirələr aparılıb. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas CBC-yə müsahibəsində bildirib ki, sammit əlaqələrin genişləndiriməsi qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar açır. Onun sözlərinə görə tədbirdə Şərq tərəfdaşlığı ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi bir daha ifadə olunub. 

Sammitdə Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın diversifikasiyası əsas müzakirə mövzularından biri olub. Ticarət, rəqəmsal iqtisadiyyat, nəqliiyyat-loqisitika sahəsində əməkdaşlığın daha da genişləndirilıməsi  ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi də Şərq tərəfdaşlığı proqramının priroritetlərindəndir. Azərbaycandan sammitdə vətəndaş cəmiyyətini təmsil edən 10 təşkilat iştirak edib.

Şərq Tərəfdaşlığı proqramı gənclərin fəallığının artırılması, istedadlı gənclərə öz istək və bacarıqlarını nümayiş etdirmək üçün daha geniş imkanların yaradılmasına da xüsusi əhəmiyyət verir. “Sammitdə  iştirak edən azərbaycanlı gənclərin  Şəq Tərəfdaşlığı Proqramından gözləntiəri böyükdür.

Sammit artıq geridə qalıb. Azərbaycanın ən yüksək səviyyədə təmsil olunduğun  bu mötəbər tədbir Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığın qarşılıqlı maraqlara əsaslandığını bir daha nümayiş etdirdi. Ittifaqın Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas hesab edir ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında hazırda üzərində iş gedən tərəfdaşlıq sazişi əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqının 2009-cu ildə keçirilmiş sammitində qəbul olunub. Proqram  Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsdür. Avropa İttifaqının altı qonşu ölkəsini Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynanı əhatə edir.


Create Account



Log In Your Account