Jul 17 2019 18:23
Views: 259

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb”. Bunu Baş nazirin müavini Əli Əhmədov BMT Baş Assambleyasında Əhali və İnkişaf üzrə Qahirə Konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda deyib. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələr indiyədək yerinə yetirilmir. Baş nazirin müavini Azərbaycan dövlətinin məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlər barədə də məlumat verib.

Baş nazirin müavini Azərbaycanda həyata keçirilən sosial islahatlar çərçivəsində son 15 ildə 2 milyondan çox iş yerinin açıldığını, əmək haqları və pensiyaların dəfələrlə artırıldığını vurğulayıb.

Baş nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü bildirib. Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə prioritetlərinə inteqrasiya edildiyini diqqətə çatdırıb. Regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycanın ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatını təqdim etdiyini diqqətə çatdırıb.


Create Account



Log In Your Account