Jul 26 2019 18:42
Views: 296

Azərbaycanda 2018-ci ilin sonu və 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən ikinci müşavirədə Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayı 101 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 ədəd olub.  2018-ci ildə bu göstərici 91 389 ədəd təşkil edib: "Ümumilikdə isə Komissiya yaranandan indiyədək təxminən 250 min əmək müqaviləsi artımı olub.


Create Account



Log In Your Account