Jan 26 2019 17:46
Views: 359

“Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezidentin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir”. Bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, bu islahatlar idarəçilyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur.

“Amma heç bir halda struktur islahatları işçilərin ixtisar edilməsini nəzərdə tutmur və buna yol verilməyəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü də elə bundan xəbər verir ki, islahatların aparılmasında məqsəd işçiləri ixtirasa salmaq deyil. Söhbət işçilərin malik olduğu qüvvələrdən, insan kapitalından daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının effektivlik dərəcəsinin artırılmasından, bu qurumlarda birləşmiş insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından gedir”.

 

 


Create Account



Log In Your Account