May 15 2019 18:28
Views: 267

“Son iki il ərzində Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb. Nəticədə Azərbaycanın pensiya fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb”. Bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda dialoqda deyib. Bildirib ki, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir. Onun sözlərinə görə, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir.

Baş nazirin müavini bildirib ki, Azərbaycan dünyada sürətlə inkişaf edən və artıq orta yüksək gəlir səviyyəsinə çatmış ölkə kimi tanınır. Bütün sahələrdə yeniliklər həyata keçirilir. Bu yeniliklərAzərbaycanın dərman istehsalı sahəsinə də şamil olunacaq.

Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməklə, dünya iqtisadiyyatının dörd əsas sektoru - ərzaq və kənd təsərrüfatı, şəhərlər və şəhərsalma, enerji, səhiyyə və sağlamlıq sektorları biznes üçün əhəmiyyətli bazar imkanlarını açır.

Qeyd olunub ki, Azərbaycanda özəl sektorun inkişafı üçün də ciddi addımlar atılıb. Sahibkarlara ümumi dəyəri 5,5 milyard manat olan investisiya layihələri üçün 2 milyard manatdan çox güzəştli kreditlər verilib.   


Create Account



Log In Your Account