Sep 07 2019 15:56
Views: 221

Artıq bir müddətdir ki, Azərbaycanda uşaqlar üçün verilən müavinətin bərpası məsələsi gündəmdədir. İctimiayyəti daha çox “uşaqpulu”nun ünvanlı sosial yardımla bərabər verilib-verilməyəcəyi maraqlandırır. Məsələnin Milli Məclisin payız sessiyasında müzakirə olunacağı gözlənilir. 
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədovun sözlərinə görə, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsidir. Azərbaycanda aztəminatlı ailələrə sosial yardımın müxtəlif formaları mövcuddur. “Uşaq pulu” da bunlardan biri kimi tətbiq oluna bilər: “Buna bir az daha ciddi şəkildə və eyni zamanda insanların, ailələrin yaşayış şəraitini, həyat səviyyəsini nəzərə almaqla yanaşmalıyıq. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailə var. Düşünmürəm ki, bu ailələr “uşaqpulu”na ehtiyac duyur. Lakin aztəminatlı ailələrin təbii ki, “uşaqpulu”na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin  apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin”. 
Qeyd edək ki, 2006-cı il iyulun 1-dən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı.


Create Account



Log In Your Account