Sep 02 2019 18:59
Views: 229

Prezidentin sərəncamına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov CBC-nin Xəbərlər buraxılışında bildirib ki, bu ilin əvvəlində cənab prezident tərəfindən imzalanan birinci sosial islahatlar paketinin tərkib hissəsində əmək haqları 130 manatdan 180 manata çatdırılmışdı. İkinci sosial islahatlar paketində artıq bu məbləğ 250 manata çatdırıldı. 
“Beləliklə, il ərzində 92,3 faiz artırılmaqla, 950 min vətəndaşın əmək haqqının, gəlirlərinin artırılmasında çox ciddi təkan olub. Minimum əmək haqqının artırılması məqsədilə dövlət büdcəsindən il ərzində 780 milyon manat əlavə vəsait ayrılıb. Təkcə bu il üçün 250 milyon manat əlavə olaraq vəsait ayrılıb. Ümumilikdə, 950 min vətəndaşın 600 mini məhz dövlət sektorunda çalışan vətəndaşlardır. İstər güc strukturlarında çalışan, istərsə də dövlət müəssisələrində, məktəblərdə, xəstəxanalarda, dövlət qulluğunda çalışanlar olsun, hər bir sahə üzrə artım müşahidə edilir”.  

 


Create Account



Log In Your Account