Feb 21 2019 18:18
Views: 788

Bakı Gəmiqayırma Zavodunun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün inşa etdiyi “Laçın” neftdaşıyan tankerin suya salınma mərasimi keçirilib.

Tankerin gövdə hissəsinin tikintisi tamamlanıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır.

Xatırladaq ki, Laçın tankeri zavod və gəmiçilik arasında imzalanmış saziş çərçivəsində inşası nəzərdə tutulan 4 gəmidən biridir. daha 1 tanker və 2 Ro-Pax tipli gəminin inşası isə davam etdirilir. Bundan başqa “Bakı Gəmiqayırma Zavodu”nda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün daha iki tanker inşa olunacaq. Bununla bağlı iki qurum arasında ümumi dəyəri 33 milyon dollar olan yeni müqavilə imzalanıb.

Ümumiyyətlə, Xəzər Dəniz Gəmiçiliyi donanmasının yenilənməsi planı çərçivəsində son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Növbəti illərdə də yeni gəmlərin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır.

Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlayıb. Hazırda burada 1300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışır.

 


Create Account



Log In Your Account