Mar 31 2018 15:25
Views: 1171

Fransaya səfər etmək istəyən Azərbaycan vətəndaşları indi yüksək səviyyədə xidmət göstərən viza mərkəzinin imkanlarından yararana bilərlər. Ötən ilin noyabrından Bakıda Fransa səfirliyinin yeni viza mərkəzi – “Capago” şirkəti fəaliyyət göstərir. Mərkəzin təqdimat mərasimində qeyd olundu ki, fəlaiyyət göstərdiyi bir neçə ay ərzində  mərkəz 3 min insana xidmət göstərib. Müraciət edənlərin 80 faizi də şirkətin işindən razı qalıb.
Fransa səfirliyinin konsulu Antuan Simenenin sözlərinə görə, Fransa viza verilməsi prosesini asanlaşdırmaq üçün bu işi özəl şirkətlərə həvalə edir: “2017-ci ildə Azərbaycan üzrə, eləcə də Fransa və bu ölkənin viza təqdim etdiyi digər ölkələr üzrə 15 min viza müraciətinə baxılıb. Lakin yeni yaradılan “Capago” şrkəti sayəsinə biz bu il rekord sayda ərizəçi – 18 min insanın müraciətinə baxacağımızı güman edirik”. 
Açılış mərasimində qeyd olundu ki, “Capago” viza mərkəzi ildə 50 min insana xidmət etmək potensialına malikdir. Azərbaycandakı mərkəzdə Fransa ilə yanaşı, bu ölkənin viza verdiyi Hollandiya, Belçika, Lüksemburq, İspaniya və Portuqaliya üçün də viza müraciətləri həll edilir. Burada viza üçün lazım olan digər sənədlərin ədə edilməsi – səfər sığortası, şəkil çəkdirilməsi, sənədlərin surətlərinin çıxarılması üzrə xidmət də göstərilir.
Viza mərkəzinin baş icraçı direktoru Jan Lyuk Baqroye deyir ki, mərkəzə müraciət edənlərə ən yaxşı xidmət göstərmək üçün hər cür şərait yaradılıb: ““Capago” şirkəti viza müraciətlərini həll etmək üçün Avropa diplomatik şəbəkələrinə dəstək məqsədilə 2009-cu ildə yaradılıb. Şirkətin əsas missiyası viza üçün müraciət edən azərbaycanlıların ərziəlrinin toplanması və işlənməsidir. Amma bundan əlavə, biz həm də Fransanın təbliği istiqamətində də işlər görürük”. 
Məhz Fransanı təbliğ etmək məqsədilə azərbaycanlı və fransız qraffiti sənətçilərindən bu ölkə haqqında fikirlərini kətana köçürmək xahiş olunub. Rəssamlar “Bu günün gəncliyi üçün Fransa nəyi təmsil edir” mövzusunda əsərlər çəkiblər. Nəticədə ənənəvi personajlar və hiphop mədəniyyəinini qarışığı üslubunda çəkilən  5 əsər ortaya çıxıb. Həmin rəsmlər mərkəzin açılış mərasim iştirakçılarına da təqdim olundu. 
Qeyd edək ki, ötən il Frasnaya 90 milyon turist ziyarət edib. Onlardan 40 mini Azərbaycandan gedən turistlər olub. Fransa səfirliyi bu il bu rəqəmin daha böyük olacağına inanır.


Create Account



Log In Your Account