May 03 2019 18:04
Views: 218

Bakıda keçırilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” plenar sessiyası keçirilib. Sessiyada “Gənclər və mədəniyyətlərarası liderlik” mövzusu müzakirə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək deyib ki, gənclərin böyük bacarıq və qabiliyyətləri var. Bildirib ki, təhsil, sadəcə, bilik və bacarıqların mənimsənilməsi deyil, mənəvi təhsil də vacibdir. “Bu baxımdan gənclərə sülhpərvərliyin aşkarlanmasında ailə də mühüm rol oynayır. Ətraf mühitin mühafizəsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərə dəstək verməklə, daha gözəl dünyanın qurulmasına nail olmalıyıq. Biz uşaqları dinləməliyik”. Heydər Əliyev Fondunun vitse-prezidenti belə deyib. Leyla Əliyeva gənclərin ideya və innovasiyalarının planeti tamamilə dəyişə biləcəyini söyləyib. Bildirib ki,  dünyada 600 milyondan çox gənc təhsilsizdir.


Create Account



Log In Your Account