Oct 01 2019 20:39
Views: 228

Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivalının açılış mərasimi keçirilib. Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondunun təşkilatçılığı baş tutan tədbirə dünyanın  52 ölkəsindən 150 yazar qatılır. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, Nazirliyin “Söz” layihəsi və Bakı Kitab Mərkəzidir. Qaydalara əsasən festival ötən ilin qalibinin vətənində keçirilir.  Ötən il isə tədbirin baş mükafatını Azərbaycan yazıçısı Varis Yolçuyev qazanıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Avrasiya Festivallar Festivalı kimi bir ədəbi bayramın Bakıya gəlişinə sevindiyini bildirib. Bu ilin payızının Azərbaycan ədəbi mühiti üçün çox məhsuldar və əlamətdar olduğunu qeyd edib. Bu il Nəsimi ili olduğunu xatırladan xalq yazıçısı deyib ki, ümumilikdə il ədəbiyyat ilidir.
Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilir.Festivalın təntənəli açılışında Qazaxstanın xalq yazıçısı Oljas Süleymenov, kolumbiyalı şair Fernando Rendon, türkiyəli şair Tuğrul Tanyol və başqa görkəmli ədəbiyyat xadimlləri iştirak ediblər.
Qeyd edək ki, bu dəfə müsabiqəyə Azərbaycandan 403 müəllif qatılıb. Onlardan 30-nun əsəri isə seçim turundan keçib.festivalda müasir ədəbiyyatın ən qlobal məsələləri 7 plenar iclasda müzakirə olunacaq, eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar, kitab təqdimatları keçiriləcək.


Create Account



Log In Your Account