Oct 14 2019 19:26
Views: 267

Azərbaycan ilə Qazaxıstan arasında müasir münasibətlərin əsası ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Hələ sovet dönəmində onların şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bizim münasibətlərin təməli olub və bu münasibətlər strateji səviyyəyə çatıb. Prezident İlham Əliyev Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Serjan Abdıkarimovla görüşündə belə deyib. Səfirin etimadnaməsini qəbul edən dövlət başçısı bildirib ki, son 16 ildə Qazaxıstan və Azərbaycan arasında dövlət başçıları səviyyəsində bir neçə səfər olub. 2004-cü ildə yeni seçilmiş Prezident kimi ilk rəsmi səfərlərindən birini Qazaxıstana etdiyini xatırladan dövlət başçısı bildirib ki, bu, bizim münasibətlərin xarakterini vurğulayır.


Create Account



Log In Your Account