Jun 03 2019 16:25
Views: 428

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb. Bu sərəncam çərçivəsində görüləcək işlər barədə Nazirlik yanında DSMF-nin Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdiri Vüqar Behbudovla söhbət etmişik.

“Xəbərlər” buraxılışının qonağı olan V.Behbudov bildirib ki, ilk dəfə olaraq Azərbaycanda ahıllar üçün də günərzi xidmət mərkəzləri yaradılacaq. Həm də belə mərkəzlər təkcə Bakıda yox, regionlarda da fəaliyyət göstərəcək. Digər tərəfdən, sosial xidmətlərin əksəriyyəti QHT-lər tərəfindən yox, nazirliyin özü tərəfindən təşkil olunacaq.


Create Account



Log In Your Account