Feb 11 2019 14:31
Views: 191

Azərbaycanda ilk dəfə olaraq xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla,  xaric edilib. İndiyədək belə əməliyyatlar əsasən açıq yolla əməliyyat olunub. Endoskopik – yəni qapalı əməliyyat isə daha həssas yanaşma tələb etdiyindən, digər tibbi müəssisələr indiyədək bu variantı seçməyiblər. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında aparılan mürəkkəb əməliyyat zamanı sinir törəməsi videotoroskopik metodla xaric edilib

Əməliyyatın mürəkkəbliyi və texniki çətinliyi ondan ibarətdir ki, ilk endoskopik icra olunur. Şişin yerləşdiyi lokalizasiyası daha mürəkkəb yerləşimə məxsusdur. Şiş damarlar və sinirlər üzərində yerləşdiyindən hər zaman qanama təhlükəsi və əməliyyatdan sonra bəlli bir nevroloji problemlərlə rastlaşma riskimiz var.

orokal cərrah Arif Ağayev bildirir ki, çox vaxt xəstələrə bu cür qapalı əməliyyatları xarici ölkədə etdirmək məsləhət görülür. Halbuki, Azərbaycanda da təcrübəli həkimlər və müasir texnologiyaların tətbiqilə bu kimi riskli cərrahi əməliyyatları riskləri minimuma endirməklə uğurla icra etmək mümkündür.

 


Create Account



Log In Your Account