Apr 13 2019 16:26
Views: 267

“Azərosmos” ASC Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirib. “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib.Festival çərçivəsində “Azərkosmos” və Rusiyanın “Kassiopeya” fondunun mütəxəssisləri müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyəti və iş prinsipi barədə təlim keçirib. Təlim əyani olaraq raket modelləri üzərində aparılıb.Təlim mərhələsi bitdikdən sonra iştirakçılar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində raket modellərinin real uçuşunun şahidi olublar. Raketlər səmaya buraxılmazdan əvvəl “CanSat Azərbaycan 2019” müsabiqəsinin iştirakçılarının hazırladıqları 350 qramlıq model peyklər raketlərin daxilinə yerləşdirilib. raketlər İdaretmə Mərkəzinin ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Ümumilikdə festivalda ölkənin 15 ali məktəbindən 200-ə yaxın gənc iştirak edib.


Create Account



Log In Your Account