May 10 2019 20:11
Views: 705

Mərkəzdə yerləşən 2 xidmət zalında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin aidiyyəti qurumlarının fəaliyyəti əlaqəli şəkildə təmin edilib və  bu istiqamətdə 126 xidmət təqdim olunur. Əsas hədəf məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir.  Mərkəzdə funksional yardımçı xidmətlər də var. Vətəndaşların bank və notarius xidmətlərindən istifadəsi üçün zəruri imkanlar yaradılıb.
Mərkəz ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək və gün ərzində 350 vətəndaşı qəbul edəcək.  Dayanıqlı inkişaf və Sosial Təminat Agentliyinin mərkəzi aparatında 312 nəfər, mərkəzdə isə 100-ə qədər sosial agent və sosial işçilər fəaliyyət göstərir. Eyni zamanda mərkəzə “Gənc DOST” proqramı üzrə  50 könüllü cəlb olunub. İşçi heyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin daxili işçi ehtiyatlarından və işə qəbul prosesindən cəlb olunub. Onlar 2 ay ərzində fəaliyyət istiqaməti üzrə, eyni zamanda psixoloji təlimlər keçirilib.  
Mərkəzin xidmətlərindən şəxsən gələrək, eləcə də telefon və ya internet vasitəsilə müraciət edərək istifadə etmək mümkündür.  eləcə də səyyar xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəzdə vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək,  bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək. Eyni zamanda mərkəzdə peşəkar psixoloqlar və pedaqoqlar fəaliyyət göstərəcək.Qeyd edək ki, DOST konsepsiyasının əsas təşəbbüskarı birinci vitse prezident Mehriban Əliyevadır. 2018-ci il avqustun 9-da prezident İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması  barədə fərman imzalayıb.  Ötən ilin dekabrında agentliyin əsasnaməsi və strukturu təsdiq olunub. 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account