Mar 29 2019 16:31
Views: 741

Azərbaycan və Ermənistan rəhbərərinin bu gün Vyanada keçirilən ilk rəsmi görüşü  ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında baş tutacaq. Görüşdə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq. Ekspertlər hesab edir ki, bu görüş tarixi görüş kimi yadda qala bilər. Rusiyallı Politoloq Sergey Markovun fikrincə Ermənistanəın Baş naziri Nikol Paşinyanın vətəndaşlarına vəd etdiyi iqtisadi rifah yalnız münaqişənin həllindən sonra mümkün ola bilər. Lakin ekspert hesab edir ki, Paşinyan və komandası sülhə hazır deyil, çünki siyasi opponentlərinin hədəfinə çevrilə biləcəyindən qorxur.

Ekspertlər hesab edir ki,  Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatında dəyişiklik etmək mümkün deyil. Artıq rəsmi Bakı və ATƏT-in Minsk qrupunun həmsədrləri də bu təklifə etirazlarının bildiriblər.

Politoloq Asim Mollzadə hesab edir ki, Paşinyan irəliyə  - sülhə doğru addim atmaq əvəzinə danışıqlarda yeni format təklif etməklə əslində real sülhə hazır omadığını nümAyiş etdirdi. Ekspertin fikrincə məhz Azərbaycanla sülh, regionun bütün ölkələri ilə əməkdaşlıq Ermənistanın  öz müstəqilliyini sözün həqiqi mənasında təmin etməsinə imkan verə bilər. Əks halda Ermənistan suveren dövlət kimi beynəlxalq münasibətlər sistemində özünü təsdiq edə bilməyəcək.

Azərbaycan və Ermənistan rəhbərləri daha əvvəl iki dəfə qeyri-rəsmi formatda görüşüblər. İlk görüş MDB dövlət Başçılarının düşənbədə keçirilən sammitində baş tutub. İkinci qeyri-rəsmi görüş isə Davos dünya iqtisadi Forumu çərçivəsində keçirilib. 

 


Create Account



Log In Your Account