Aug 31 2019 19:07
Views: 322

Şamaxı rayonunun Meysəri kəndində ilk Üzüm və Şərab Festivalı keçirilir. Məqsəd yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır. 
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, və digər qurumların birgə təşkilatçılığı ilə keçirilir. 
Festival çərçivəsində  şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı da təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib. Festival xüsusilə turistlərin böyük marağına səbəb olub.

Festivalda şərabçılıq məhsullarının təqdimatı ilə yanaşı Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələr, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqilər də nümayiş olunur. Ölkənin tanınmış musiqiçilərinin çıxışları da böyük maraqla qarşılanıb. Festival bu gün də davam edir.


Create Account



Log In Your Account