Sep 21 2019 18:45
Views: 251

Neftçilər günü münasibətlə Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olunub. Bu günlərdə ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı, eyni zamanda, neftçilərin bu musiqi bayramına töhfəsi sayıla bilər.

Konsertdə dirijor Əyyub Quliyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edib. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb.

Proqramda həmçinin Polad Bülbüloğlunun, Tofiq Quliyevin əsərləri səslənib.  Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, italyan mahnılarından ibarət popurri alqışlarla qarşılanıb.


Create Account



Log In Your Account